📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oman sahillərində neft tankeri vuruldu

2026-08-25 10:16:20

Oman sahillərində neft tankeri vuruldu

Oman sahillərində neft tankerinin vurulduğu bildirilir.

Hurriyyet.media xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilir ki, hadisə Omanın şimal-şərqində, Şisa sahillərindən təxminən 9 dəniz mili məsafədə baş verib.

Naməlum obyektin tankerə dəyməsi nəticəsində gəminin mühərrik otağı zədələnib və tanker istifadəyə yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, ekipaj üzvlərinin hamısı təhlükəsizlikdədir. Hadisədən sonra dənizin çirklənməsi və ya neft sızması ilə bağlı hər hansı məlumat daxil olmayıb.