📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oman sahillərində yük gəmisinə mərmi dəyib

2026-08-04 14:52:23

Oman sahillərində yük gəmisinə mərmi dəyib

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, naməlum mərmi Oman sahillərində bir gəmiyə dəyib.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə "Kommersant" nəşri UKMTO-ya istinadən məlumat yayıb.

Məlumata görə, zərbə avqustun 3-də Omanın Əl-Xəsab şəhərindən 37 km şimal-şərqdə, Hörmüz boğazında baş verib.

Bildirilir ki, adı açıqlanmayan yük gəmisinin heyəti özü əlaqə saxlayaraq mərminin dəyməsi barədə məlumat verib. Zədələr haqqında təfərrüat, eləcə də mümkün zərərçəkənlər barədə məlumat verilmir. Hakimiyyət orqanları hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.