📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

2026-04-21 19:35:59

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində olublar.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı, məişət və tibb məntəqəsində yaradılan şəraitlə tanış olduqdan sonra hərbi qulluqçularla görüş keçiriblər. Görüş zamanı insan hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda şəxsi heyətə Ombudsmanın "916" Çağrı Mərkəzi barədə məlumat verilib, maarifləndirici broşürlər paylanılıb, həmçinin bir neçə hərbi qulluqçunun yazılı müraciətləri qəbul edilib.