📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ombudsman məktəblilərin qeyri-etik görüntüsü ilə bağlı məsələni nəzarətə götürüb - YENİLƏNİB

2024-02-20 15:15:18

Ombudsman məktəblilərin qeyri-etik görüntüsü ilə bağlı məsələni nəzarətə götürüb - YENİLƏNİB

Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı yayılan videodakı zərərçəkənin valideynləri tərəfindən Ombudsman Aparatına müraciət daxil olmayıb. Buna baxmayaraq, məlumatın yayımlandığı ilk vaxtdan məsələ Ombudsmanın nəzarətinə götürülüb və aidiyyəti qurumlar qarşısında da məsələlər qaldırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

“Baş vermiş bu hadisə narahatedici və üzücü haldır. Bu cür halların baş verməsi, belə çəkilişlərin edilməsi ilə bağlı təəssüf hissi keçiririk. Təhsil müəssisələrində psixoloqlar tərəfindən psixoloji iş, məktəb-valideyn əlaqələri gücləndirilməli, valideynlər tərəfindən azyaşlıların təlim-tərbiyə prosesinə xüsusi diqqət göstərməlidir”, - deyə məlumatda qeyd edilib.

***

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir”, - o vurğulayıb.