📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ombudsman Səbinə Əliyeva Türkiyədə beynəlxalq konfransda iştirak edəcək

2023-01-09 22:29:00

Ombudsman Səbinə Əliyeva Türkiyədə beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ankarada keçirilən “XXI əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

Bu barədə Türkiyənin Ombudsmanlıq Qrurumundan məlumat verilib.

Bildirlib ki, iki gün davam edəcək konfrans Prezident Administrasiyası, həmçinin 35 müxtəlif ölkədən 50-dən çox ombudsman və insan hüquqları institutlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə başlayacaq beynəlxalq konfransda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, ədliyyə naziri Bəkir Bozdağ və sənaye və texnologiya naziri Mustafa Varank da çıxış edəcəklər.

Çıxışçılar arasında Ombudsman Səbinə Əliyeva da var. \\Report