📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

2026-01-20 11:13:08

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ölkəmizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.