📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ombudsman separatçılara baş çəkdi - Fotolar

2025-03-04 17:37:47

Ombudsman separatçılara baş çəkdi - Fotolar

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, Ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin iştirak etdiyi növbəti başçəkmə Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına keçirilib.

Başçəkmə zamanı bir çox təqsirləndirilən şəxs, o cümlədən R.Vardanyan, A.Arutunyan, A.Qukasyan, B.Saakyan, D.Babayan və digərləri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib.