📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Omikron” neçə günə orqanizmdən təmizlənir?

2022-01-31 10:28:00

“Omikron” neçə günə orqanizmdən təmizlənir?

Koronavirusun “omikron” variantı təxminən 5-7 gün içərisində orqanizmdən təmizlənir, lakin bu, bəzi hallarda uzun sürə bilər. “Omikron” variantında xüsusilə quru öskürək və boğaz ağrısı müşahidə edilir.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Adnan Menderes Universitetinin tibb fakültəsi sinə xəstəlikləri şöbəsinin fakültə üzvü, professor Mehmet Polatlı açıqlama verib. Polatlı bildirib ki, xəstəliyi keçirənlər karantin müddətini bitirsələr belə, başqalarının yanında daha beş gün maskadan istifadə etməlidirlər.

Türk Toraks (döş qəfəsi) Dərnəyinin KOAH (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) İş Qrupunun rəhbəri olan Polatlı qeyd edib ki, “omikron”un Delta variantından daha yoluxdurucu olmasına baxmayaraq ağırlaşma və nəticədə reanimasiya şöbəsinə yerləşdirmə faizi aşağıdır. İndiyədək olan araşdırmalarda “omikron”un ilk növbədə yuxarı tənəffüs yollarında çoxaldığını, əvvəlki variantlarla müqayisədə ağciyərlərə daha az zərər verdiyini, virusa yoluxanların az faizində ciddi xəstəliklərə səbəb olduğu müəyyənləşib. Professor hesab edib ki, “omikron” ilə koronavirus zəifləyir, peyvənd olunmayanların “omikron”a yoluxduğu halda Delta variantına nisbətən çox az hallarda vəziyyətlərinin ağırlaşması bunu sübut edir. Bununla belə, “omikron”un daha yüngül xəstəlik kimi görünməsi Delta variantının yayıldığı dövrə nisbətən indi daha çox insanın peyvənd olunması ilə də izah edilə bilər.