📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Omikron”a yoluxanlarda bu orqan zədələnə bilər - AÇIQLAMA

2022-02-01 14:12:00

“Omikron”a yoluxanlarda bu orqan zədələnə bilər - AÇIQLAMA

"Koronavirusun ştamlarında post-kovid sindromu müşahidə olunur. Xəstələrdə yorğunluq, halsızlıq və təngənəfəslik halları 6 aya qədər müşahidə olunurdu".

Hurriyyet.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Ramin Nəriman bildirib.

Həkim əlavə edib ki, “Omikron” ağciyəri çox az miqdarda zədələyə bilər: "Omikron" digər ştamlardan yüngül gedir. Əsasən yuxarı tənəffüz yollarını zədələyir, ağ ciyərin zədələnməsi ləng olur və az miqdarda olur".