Omikronun yeni əlaməti açıqlandı
2022-07-11 15:43:00
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “San” (“The Sun”) nəşri yayıb. Qəzetin yazdığına görə, omikron ştammına yoluxanlarda çox vaxt qızdırma ilə yanaşı, gecələr tərləmə əlaməti özünü göstərir.
İmmunoloq professor, biokimya müəllimi Lük O'Nil qəzetə müsahibəsində deyib: “BA.5 ştammının əlavə simptomu – gecə tərləməsidir. O qədər güclü tərləmə ola bilər ki, xəstənin pijaması və yorğan-döşək üzləri belə islana bilər”.
Xatırladaq ki, son iki həftə ərzində dünyada koronavirusa yoluxma 30% artıb. Ümumdünya Səhiyyə Təşkilatı bunu omikronun növlərinin yayılması ilə əlaqələndirir.
Hürr Tərcüman