Omirkon ştammının ilk yasağı – İsrail sərhədlərini bağladı
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, bu gündən etibarən İsrail dövlətinin sərhədləri iki həftəlik müddətə xarici vətəndaşların üzünə bağlanıb. Hökumət komissiyası bu qərarı yeni tipli koronavirusun ən yeni omirkon ştammının yayılması ilə bağlı verib.
İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, 29 noyabrdan etibarən 2 həftəlik müddət ərzində (komissiyadan xüsusi hallarla bağlı icazə alan şəxslər istisna olmaqla) İsrailə xarici vətəndaşların daxil olması qadağan edilir.
Vaksinasiya olunmuş, yaxud da Kovid-19 xəstəliyini keçirmiş israillilər də ölkəyə qayıdarkən testdən keçməli, ondan sonra evdə karantində qalmalıdırlar. İki testin cavabının neqativ olduğu təqdirdə, onlar karantindən çıxa bilərlər. Üçüncü gün ikinci PCR testi verməyənlər tam 14 gün karanatində qalmalıdırlar.
Hürr Tərcüman