📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ömrümün sonuna bir il qalıb" - Xalq artistindən maraqlı AÇIQLAMA

2024-04-04 19:08:50

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov Lent.az-a maraqlı açıqlama verib.

"Nəslimiz uzunömürlüdür. Yaşımdan gənc və qıvraq görünməyimin səbəbi budur. Amma, deyəsən, ömrün sonuna 1 il qalıb", - o bildirib.

"İllər öncə Almaniyada filmə çəkilərkən bir macar xanım əl falıma baxıb dedi ki, 86 il yaşayacaqsan. 40 yaşımın içində idim onda.

Bu sözü mənə bir dəfə də Özbəkistanda deyiblər. Filmə çəkilirdim orada, Səmərqənd küçələrində idi çəkiliş. Fasilədə şəhərə çıxmışdım. Bir qaraçı xanım yaxınlaşıb falıma baxdı, o da eynilə o macar xanımın dediyini təkrar elədi, dedi 86 yaş yaşayacaqsan.

İndi 85 yaşım var. Özümü çox gümrah, sağlam hiss edirəm. Amma bu söz də heç yadımdan çıxmır", - o əlavə edib.  \\Milli.Az