ÖMÜR - Şeir
Bu dünyada kimsə qısa,
Kimsə yaşar uzun ömür.
Kimsə bədbəxt, aglamalı,
Kimsə xöşbəxt, şirin ömür.
Kimisi var, can qurtarar,
Rəhm etməyir lakin ömür,
Kimisi də min can alar,
Yaşayır hey, bitmir ömür.
Kimisi ogru, fırıldaq,
Azad halda sürür ömür,
Kimi deyir, elçün yanaq,
Zindanlarda çürür ömür.
Kimisi agardıb saçı,
Sorsan bilmir nədir ömür,
Kimisi yaşa dolmayıb,
Göstərir müdrük bir ömür.
Kimi alçaq, kimi namərd,
Kimi yaşar, qoçaq ömür,
Kimi qartal tək zirvədə,
Kimisi də çaqqal ömür.
Kimisi sanki bir nurdur,
Gün tək saçan parlaq ömür,
Kimisi də qap-qaradır,
Miras qalır çirkli ömür.
Kimisi şah tək yaşayır,
Kimisi də qul tək ömür.
Sultan olub asılan var,
Qul dogulan sultan ömür.
Hərə bir cür sevər səni,
Tanrı verən miqdar, ömür.
Istəyimdir ölən dəmdə,
Gözlərdən yaş axan ömür.
ŞAMİL
13.04.2023