📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ömür Kurt: “Bir gün başı açıq, ertəsi günü örtülü efirə çıxan Klarissa Vord kimdir?”

2021-08-17 15:53:00

Ömür Kurt: “Bir gün başı açıq, ertəsi günü örtülü efirə çıxan Klarissa Vord kimdir?”

“Bir neçə gündür ki, ABŞ istehsalı olan “Taliban”ın haraları ələ keçirdiyi barəsində xəbərlər hazırlamaqla məşğuldur”

“ABŞ, Taliban ilə masaya oturacaq. Görəcəyik. Eyni ilə Misirdə, Fəsdə, Tunisdə, Liviyada etdiyi kimi... Və əlbəttə, bu, minlərlə günahsiz insan üçün bitməyən bir xaos deməkdir! Bizi də təhdid edən bir xaos”

Hurriyyet.az xəbər verir ki, Türkiyədə dərc edilən “Hürriyet” qəzetinin yazarı Ömür Kurt öz “Feysbuk” səhifəsində yazıb:

“CNN müxbiri Klarissa Vord. Əfqanıstanda bir gün başı açıq, ertəsi günü başıörtülü şəkildə efirə çıxdı. Zatən məşhur ingilis agenti Qetruda Bell kimi döyüş bölgələrində cilddən-cildə girməsi ilə məşhurdur. Bəs Klarissa Vord kimdir? Banu Avarın “Zemberek” kitabından oxuyaq: “Klarissa Vord “Fəth Əl Şam Cəbhəsi”nin liderlərindən olan Mustafa Məhəmməd adlı əl-qaidəçi ilə də, Azad Suriya Ordusunun, “Nusra”nın, YPG-nin liderləri ilə də görüşür. Bütün xəbərlərində YPG və PKK-ya da rəğbət var, digərlərinə də. Vord üçün onların hamısı “azadlıq mübarizləri”dirlər... 

2016-cı il avqustun 8-də BMT Təhlükəsizlik Şurasında Hələb hesabatı dərc edilir. Tərəf tutan xəbərlər verən məşhur “jurnalist”lərdən biri BMT Təhlükəsizlik Şurasına dəvət edilir. Suriya hökumətini ittiham eləmək üçün sadəcə “müşahidə xarakterli” məlumat verir. Efirə çıxarkən Hələbdə terror hədəflərinin günlərlə davam edən bombardmanlarından qətiyyən söz açmır”. 

Və “beynəlxalq ictimaiyyət”i Suriyaya müdaxilə edilməsinin zəruriliyinə inandırmağa çalışır. Zatən əksi ağla gəlməz. Bir ABŞ müxbirinin günahsız xalqı düşünməsi görünməmiş bir şeydir.

Klarissa Vord “ezam edilmiş” (ingilis dilində “embedded” – silahlı münaqişələrdə iştirak edən hərbi birləşmələrə yerləşdirilmiş müxbirlər, məsələn Semyon Peqov kimi – red.) jurnalistikanın üzvlərindən biridir. Əlbəttə ki, Qərbin mənafeyinə xidmət edən xəbərlər verir. Bir neçə gündür ki, ABŞ istehsalı olan “Taliban”ın haraları ələ keçirdiyi barəsində xəbərlər hazırlamaqla məşğuldur. Bir yandan da agitasiya ilə məşğul olmağı unutmur, Harrisondan sitatlar gətirir: “Hələ bir neçə gün bundan əvvəl bir xəbər müxbiri idim, indi adımı, kimliyimi, haralı olduğumu deyə bilmərəm. Bütün həyatım bir neçə gün içərisində yox oldu”. Halbuki o, bir amerikalıdır, Əfqanıstanda bir amerikalı jurnalistə kim nə edə bilər ki? Üstəlik, ABŞ qüvvələri hələ orada olduğu halda və “Taliban” nə qədər geridə qalmış belə olsa, “gücünü” media vasitəsi ilə dünyaya çatdırmaq istədiyi halda.

Əfqanıstanda hər şey bir anda dəyişmədi. Hələ bir il əvvəl, 2020-ci il sentybarın 12-də ABŞ Xarici İşlər naziri Mayk Pompeo, ABŞ Əfqanıstan Qüvvələri komandanı Austin Miller və ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Zalmay Halilzah Dohada görüşdülər.

Bundan sonra olanlar isə məlumdur... Yaxşı, bəs sonra nə olacaq? ABŞ, Taliban ilə masaya oturacaq. Görəcəyik. Eyni ilə Misirdə, Fəsdə, Tunisdə, Liviyada etdiyi kimi... Və əlbəttə, bu, minlərlə günahsiz insan üçün bitməyən bir xaos deməkdir! Bizi də təhdid edən bir xaos”.