📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"On minlərlə insan həbs təhlükəsi qarşısında Rusiyanı tərk edib" - XAQANİ CƏFƏRLİ

2021-11-19 12:46:00

"Putinin yaratdığı avtoritar rejimin nəticəsi olaraq Rusiyada insan hüquq və azadlıqlarının səviyyəsinin bədəvi ərəblərin qəbilə dövlətləri ilə eyni səviyyədədir"

"Rusiyanın avtoritar lideri Vladimir Putin “Moskva. Kreml. Putin” proqramında Pavel Zarubinə müsahibəssində fikir azadlığı ilə bağlı mövqeyini açıqlayıb: “Fikir azadlığı olmadan heç bir ölkə səmərəli inkişafa, rəqabətədavamlılığa və gələcəyə ümid edə bilməz”. Bu Rusiyada fikir azadlığını məhv etmiş diktatorun mövqeyidir". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun fikrincə, görünür, Putinin fikir azadlığı ilə bağlı düşüncəsi fərqlidir: "Əks halda “Fikir azadlığı olmadan heç bir ölkə səmərəli inkişafa, rəqabətədavamlılığa və gələcəyə ümid edə bilməz”-deyən lider ölkəsində fikir azadlığın məhv etməzdi. Rusiyanın həbsxanalarında yüzlərlə şəxs fikirin azad ifadə etdiyi üçün həbsdədir. On minlərlə insan fərqli fikirlərinə görə həbs təhlükəsi qarşısında Rusiyanı tərk edib. Putin bir neçə ay öncə də insan hüquq və azadlıqlarını ən yüksək dəyər adlandırmışdı. Ancaq Putinin yaratdığı avtoritar rejimin nəticəsi olaraq Rusiyada insan hüquq və azadlıqlarının səviyyəsinin bədəvi ərəblərin qəbilə dövlətləri ilə eyni səviyyədədir".

Xaqani Cəfərli qeyd edib ki, Putinin bu fikirləri hansı məqsədlə dilə gətirdiyini söyləmək mümkün olmasa da, diktatorun sözlərinin isbata ehtiyacı olmadığını tam əminliklə söyləmək olar: "Həqiqətən insan hüquq və azadlıqlarını ən yüksək dəyərdir. Fikir azadlığı olmadan heç bir ölkə səmərəli inkişafa, rəqabətədavamlılığa və gələcəyə ümid edə bilməz".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az