📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ona “diktator” pankartı açdılar - Önündə selfi etdi

2026-11-07 10:14:20

Ona “diktator” pankartı açdılar - Önündə selfi etdi

Polşanın Baş naziri Donald Tusk parlamentdə ona qarşı açılan pankartın fonunda selfi çəkdirib.

Hurriyyet.net  xəbər verir ki, hökumət başçısı fotonu “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Deputatların açdığı pankartın üzərində ingilis dilində “Tusk = diktator” sözləri yazılıb.

Baş nazir paylaşımına istehzalı şərh də əlavə edib:

“Tezliklə mahnı oxumağa və saat satmağa başlayacaqlar”.

Qeyd edək ki, noyabrın 4-də Tusk ölkədəki siyasi böhran fonunda gərginliyi azaltmaq məqsədilə Prezident Karol Navrotski ilə təkbətək görüşməyə hazır olduğunu açıqlamışdı:

“Tərəflər bir çox məsələlərdə fərqli mövqelərini qorusalar da, ölkənin gələcəyi üçün ortaq məsuliyyət daşıyırlar. Polşanı gələcək siyasi sarsıntılardan qoruyacaq həll yolları tapılmalıdır”.

Məlumat üçün bildirək ki, Tusk daha əvvəl ölkədəki siyasi sabitsizliyin Rusiya xüsusi xidmət orqanları tərəfindən qızışdırıldığını iddia edib.