📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Onlar aktiv məşğulluq tədbirləri ilə əhatə olundu

2026-09-16 12:08:52

Onlar aktiv məşğulluq tədbirləri ilə əhatə olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-avqust aylarında 265 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Hurriyyet.media xəbər verir ki, onlardan 119 min şəxs münasib işlərlə təmin olunub, 3,3 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

12 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 130,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.