📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Onlar da güzəştli ipoteka krediti ala biləcəklər - Fərman

2026-04-21 17:17:32

Onlar da güzəştli ipoteka krediti ala biləcəklər - Fərman

Prezident İlham Əliyevin imzaladığı Fərmanla güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısı genişləndirilib.

Modern.az xəbər verir ki, bu, dövlət başçısı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 

Fərmana əsasən, ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələrinin hakimləri də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısına daxil ediliblər.