📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Onlar mərhəmətə layiq deyillər"- Vladimir Zelenski

2023-02-02 09:48:00

“Yaşayış binası, raket hücumu, dinc sakinlər ölüb və dağıntılar altındadır” deyən Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında Kramatorskın atəşə tutulmasına dərhal cavab verib:

“Bu, tarixin təkrarı deyil, bu ölkəmizin həyatının reallığını əks etdirən bu günüdür. Mütləq şərlə həmsərhəd olan ölkəmizin reallığıdır. Və belə faciələrin təkrarlanma ehtimalını sıfıra endirmək üçün onu məğlub etməlidir. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk. Və biz mütləq bütün günahkarları tapıb cəzalandıracağıq. Onlar mərhəmətə layiq deyillər", deyə Ukrayna prezidenti yazıb. Kramatorskda baş verən partlayış nəticəsində isə ölənlərin sayı artır. Son məlumatlara görə, raketin Kramatorskda yaşayış binasına düşməsi nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Donetsk vilayətinin polisi bildirib.
Xilasetmə əməliyyatı davam edir. Hadisə yerində 11 istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər, kinoloqlar, həkimlər, patrul polisi və digər bölmələr işləyir.
Sakinlər müvəqqəti sığınacaq yerləşdirildiyi yerli məktəbə təxliyə edilib.
"Rusiya qoşunları "İsgəndər-K" raketi ilə şəhərin yaşayış sahəsini vurub. Ən azı 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb. İlkin məlumata görə, 3 dinc sakin və 20 nəfər yaralanıb, dağıntılar altında insanlar qala bilər", deyə departament Facebook səhifəsində açıqlama verib.

Ülviyyə, Hurriyyet.az