“ONLAR RUSİYA KƏŞFİYYATININ ALƏTİNƏ ÇEVRİLİB...” – Sabiq nazirdən sensasiyalı AÇIQLAMA
2026-02-18 10:16:48
“Qərbi Avropada yerləşmə sadəcə yaxşı maskalanmadır”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosiol şəbəkələr üzərindən qarayaxma kampaniyası aparan Mehman və Emin Hüseynov qardaşları ilə bağlı sərt açıqlama verib.
"AzPolitika"-nın məlumatına görə, o bildirib ki, Hüseynov qardaşları şüurlu şəkildə Rusiya xüsusi xidmət orqanlarının Azərbaycana qarşı informasiya hücumunda alətə çevriliblər.
T.Zülfüqarovun sözlərinə görə, onların “Qərbi Avropa”da yerləşməsi sadəcə “əfsanəvi maskalanma” xarakteri daşıyır.