📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Onlara borcu ödəmək üçün 1 həftə vaxt vermişdik - Direktor

2021-11-19 12:41:00

Onlara borcu ödəmək üçün 1 həftə vaxt vermişdik - Direktor

Biz Azəristiliktəchizat ASC-yə qaza olan borcunu ödəmək üçün 1 həftə vaxt vermişdik. Artıq onlar müəyyən qədər ödəniş edib.

Hurriyyet.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Bununla belə, onun sözlərinə görə, möhlətin müddəti dekabrın 15-nə qədər uzadılıb:

“Əgər o vaxta qədər ödəniş olmasa biz borclu abunəçinin qazını kəsməyə məcbur olacağıq".