📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Onları bu binadan çıxardılar

2022-12-27 09:08:00

Onları bu binadan çıxardılar

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın yeni binası “Qərbi Azərbaycan” İcmasının balansına verildiyindən bu bina tam boşaldılıb.

Hurriyyet.az bildirir ki, gununsesi.info-nun özəl mənbədən əldə etdiyi xəbərə görə, Şuşa Şəhər İcra Hakimiyyətinin  aparatı başda olmaqla, deputat Tural Gəncəliyevin rəhbəri olduğu “Qarabağa Dönüş” İctimai Birliyi Bakının Nərimanov rayonu, Gülarə Qədirbəyova  9 ünvanıdan çıxarılıb.

Uzun illərdir ki, həmin binada əyləşən Şuşanın icra başçısı Bayram Səfərov da Seyid Yəhya Bakuvi küçəsində yeni binaya köçüb.

Xatırladaq ki, 2  gün əvvəl Prezident İlham Əliyevin də ziyarət etdiyi bu binada bir sıra təmir işləri görülüb və ora “Qərbi Azərbaycan” İcmasının balansına verilib.