📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Onların da Azərbaycan qazına ehtiyacı var

2024-06-04 13:15:01

Onların da Azərbaycan qazına ehtiyacı var

Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.

Dövlət başçısı qeyd edib ki, təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək:

Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”.