📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Onların zəif nöqtələrini tapıb istifadə edəcəyik” - Dambrauskas

2026-10-12 21:17:02

“Onların zəif nöqtələrini tapıb istifadə edəcəyik” - Dambrauskas

“Sabah” UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində Bakıda Çexiyanın “Slaviya” klubunu qəbul edəcək.

Hurriyyet.net  xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Mançester Yunayted”lə oyunda 3 xal gözləməyimiz düz olmazdı. “Slaviya” isə uyğun rəqibdir. Bu oyunda “Sabah”ın qələbəsini gözləmək, komandada və sizin üzərinizdə təzyiq yaratmırki?

- Bu səviyyədə oyunlarda meydana çıxdıqda əlimizdən gələni etməyə çalışırıq. Hər kəs də yaxşı nəticə gözləyir. “Slaviya”da eyni nəticəsini istəyir. 90 dəqiqədə çox şey baş verə bilər. Baş məşqçi olaraq işim oyuna köklənmək və meydanda nələrin baş verdiyini izləməkdir.

- “Slaviya”nın oyun tərzi ilə bağlı bizə nə məlumat verə bilərsiz?

- “Slaviya” güclü komandalardan biridir. Gözəl oyun sistemi olan kollektivdir. Bir çox məsələlərdə, fiziki cəhətdən çox hazır komandadır. Onlar heç vaxt yorulmurlar, hər zaman pressinqə üstünlük verirlər. “Slaviya”nın baş məqşçisi uzun zamandır komandadadır. Qısa ötürmələrlə hücumameyilli oynayırlar. Çexiya çempionatında demək olar ki, bir və iki ötürmədən sonra hücuma meyillənirlər. Biz konsentrasiyanı itirməməyə çalışmalıyıq. Bu səviyyədə olan komandalar rəqibi cəzalandırmağa hazır olurlar. Öz gücümüzə inanıram. Ümidvaram ki, onların zəif nöqtələrini tapıb istifadə edəcəyik. Əsas məsələ mental olaraq hazır olmaqdır.

- “Slaviya” tərəfi “Sabah”la matça 3 xal gözü ilə baxır. Bu, sizi ikiqat motivasiya edir?

- Bəli, biz bundan xəbərdarıq, uzun müddətdir ki, səfərdə qalib gələ bilmirlər. Biz nəyə qadir olduğumuzu bilirik. Bəlkə onlar üçün asan rəqib kimi görünürük. Bizim də özümüzü sübut etmək şansımız var. İnanmıram ki, bu, mənim üçün əlavə motivasiya olsun. Mənim üçün ən böyük motivasiya meydana çıxmaq və ən yaxşısını etməkdir. Bu vaxta qədər möcüzə yaratmışıq.

- Milyonçu ola bilmədiniz, amma Azərbaycanda tarix yazdınız, “Sabah”ı çox önəmli yerlərə gətirdiniz. Türkiyəyə mesajınız nədir?

- Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Azərbaycanlı deyiləm. Amma mən də buradayam. Türkiyə futbolunun tarixini, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” və digər klubların nailiyyətlərini bilirik. Orada mükəmməl oyunçular var. Azərbaycan da bu tarixi yazmağa davam edir. Azərbaycanın da Çempionlar Liqasında nailiyyətləri pis deyil. Bilirik ki, türklər futbolu çox sevirlər. Hər zaman Türkiyəni nümunə götürürük. Azarkeşləriniz mükəmməldir.