📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Onlarla cəsədin olduğu video yaydı - Şoyqunu təhqir etdi

2023-05-05 11:30:00

Onlarla cəsədin olduğu video yaydı - Şoyqunu təhqir etdi

 

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin teleqram kanalında yerdə onlarla cəsədin olduğunu əks etdirən video yayılıb.

Hurriyyet.az xəbər verir ki, görüntülərdə Priqojin qeyri-qanuni silahlı birləşmə üzvlərinin meyitlərini göstərərək onların mayın 4-ü Ukraynada müharibədə həlak olduqlarını iddia edir. Buna səbəb kimi isə 70 faiz silah-sursat çatışmazlığını göstərir.

Eyni zamanda, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu təhqir edərək onları “vaqnerçilər”in ölümündə günahlandırır.