📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Onu baş direktorun müavini təyin etdi

2026-05-06 11:52:48

Onu baş direktorun müavini təyin etdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində yeni təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Yaşar Salahov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi vəzifəsində çalışıb. /unikal.az