📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Onun nəşini Rusiyadan gətirməliyik – Fazil Mustafa

2023-12-26 13:24:21

Onun nəşini Rusiyadan gətirməliyik – Fazil Mustafa

Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilərək Şuşada dəfn edilməsi təşkil edilməlidir. Hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır.

Hurriyyet.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa çıxış edib.

O bildirib ki, Rusiya ilə münasibətlərin normal olmasından istifadə edib buna nail olmaq mümkündür:

“Biz Qarabağa yalnız insanları deyil, həmçinin Azərbaycan dövlətçiliyində xidməti olan, tariximizə mühüm şəxsiyyət kimi düşmüş şəxslərin ruhunu da qaytarmalıyıq”.

Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan vəfat edib. Səhəri gün – 1943-cü il yanvarın 4-də Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə Yusif Vəzirə bəraət verilib./kulis.az/