📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Onurğa əzələləri atrofiyası olan xəstələrə bahalı dərmanlar pulsuz veriləcək-amma Azərbaycanda yox, Gürcüstanda...

2022-06-10 14:46:00

Onurğa əzələləri atrofiyası olan xəstələrə bahalı dərmanlar pulsuz veriləcək-amma Azərbaycanda yox, Gürcüstanda...

Onurğa əzələlərinin atrofiyası olan xəstələrə bahalı dərmanlar pulsuz veriləcək-Azərbaycanda yox, Gürcüstanda...
Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, keyfiyyətli səhiyyə xidmətini maksimum əlçatan etmək üçün dövlət misli görünməmiş layihəyə başlayıb. Belə ki, onurğa əzələlərinin atrofiyasından əziyyət çəkən bütün xəstələrə bahalı dərman pulsuz veriləcək.
“Bu xəstəlikdən əziyyət çəkənlərin çoxu üçün dərman müalicəsi baha başa gəldiyi üçün xəstəliyin tibbi müalicəsi mümkün deyildi. Nadir xəstəlikləri olan və daimi əvəzedici müalicə alan xəstələrin müalicəsi üzrə Dövlət Proqramında edilən dəyişikliklər nəticəsində onurğa əzələlərinin atrofiyası olan bütün xəstələr pulsuz dərman preparatları ilə təmin olunacaq”, deyə nazirliyin məlumatında deyilir.
Eyni zamanda, səhiyyə nazirinin müavini proqramda iştirak edən ailələrdən birinə baş çəkərək xəstəliyin şiddətindən asılı olmayaraq bütün xəstələrin dərmanlarla təmin olunacağını, xəstəliyin müalicəsinin maliyyələşdirilməsinin fasiləsiz davam etdiriləcəyini qeyd edib.
Agentlik bildirir ki, onurğa əzələlərinin atrofiyasının müalicəsi üçün dərmanın bir flakonunun qiyməti 7485 dollar təşkil edir ki, bu da 12 günlük dozadır.

Ülviyyə, Hurriyyet.az