OPEK üzvlərinin sayı azaldı
2023-12-21 17:55:14
Hurriyyet.az xəbər verir ki, Anqola dövləti OPEK təşkilatının tərkibindən çıxdığını bəyan edib. Bu barədə məlumatı ölkənin ANGOP informasiya agentliyi mineral ehtiyatlar, neft və qaz naziri Diamantin de Azeveduya istinadla verib. Nəşrin yazdığına görə, qərar Nazirlər Kabinetinin Anqola Prezidenti Juan Lourensin sədrliyi altında keçən iclasdan sonra qəbul edilib.
Hürr Tərcüman