📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Operatoru öldürən məşhur aktyordan ilk AÇIQLAMA

2021-10-22 20:55:00

Operatoru öldürən məşhur aktyordan ilk AÇIQLAMA

Aktyor Alek Bolduin "Rust" filminin çəkiliş meydançasında səhvən operatoru və rejissoru gülləməsindən sonra ilk açıqlamasını verib.

Aktyor insidentin bütün detallarının araşdırılması üçün polislə əlaqədə olduğunu bildirib: 

"Keçirdiyim şoku və Qalina Hatçinsonun ölümü ilə bağlı kədərimi təsvir edəcək söz tapmıram. Mən faciəni araşdıran polislə tam əməkdaşlıq edirəm". 

Qeyd edək ki, baş vermis hadisə nəticəsində filmin rejissoru körpücük sümüyündən yaralanıb. \\Qafqazinfo