📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oqtay Əliyevin bu arzusu gerçəkləşəcək - AÇIQLAMA

2023-03-24 17:05:00

Oqtay Əliyevin bu arzusu gerçəkləşəcək - AÇIQLAMA

Xalq artisti Mübariz Tağıyev mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev barədə danışıb.

Hurriyyet.az Olay-a istinadla xəbər verir ki, bu haqda sənətçi “7 canlı” verilişində qonaq olarkən deyib.

O bildirib: “Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə çox pis təsir etdi. Həyatsevər, vətənpərvər insan idi.

“Yeni ulduz” layihəsindən danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Gec ya tez biz dostları onun bu istəyini həyata keçirəcəyik”.