Oqtay Şirəliyevin oğluna yüksək vəzifə verildi - FOTO
2022-04-11 15:54:00
"Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub.
Hurriyyet.az xəbər verir ki, APA-nın məlumatına görə, Murad Şirəliyev “Azərsığorta”nın İdarə Heyəti Sədrinin Müşaviri təyin edilib.
O, açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, M.Şirəliyev keçmiş səhiyyə naziri Oktay Şirəliyevin oğludur.
Xatırladaq ki, M.Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nın İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb.
