Orban: “Aİ rəhbərliyi dəyişdirilməlidir”
2023-10-27 13:28:49
Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının rəhbərliyini “böhranın öhdəsindən gələ bilmədiklərinə görə, Ukraynadakı münaqişə səbəbindən meydana çıxan prolemləri həll edə bilmədiklərinə” görə tənqid edib.
Orban deyib: “Bəlkə də, dinc dövrdə, suların dalğalanmadığı, küləyin əsmədiyi zaman qayıqda üzmək olar, o zaman onlar yaxşı rəhbərdirlər. Lakin indi belə bir rəhbərlik səmərəsizdir. Bu səbəbdən Brüsseldə dəyişikliklər zəruridir. Bu dəyişikliklərə seçkilərdə nail olmaq olar”.
Hürr Tərcüman