Orban: "Avropa odla oynayır"
2024-05-03 11:07:47
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı münaqişəyə müdaxilə edən Avropanın odla oynadığını söyləyib. O, macarların üçüncü dəfə dünya müharibəsinə cəlb edilməsinə yol verməyəcəyini bildirib.
Yerli radioya müsahibə verən Baş nazir deyib: "Avropa odla oynayır. Mən Avropa liderlərinin müharibəyə doğru sürətlə getdiklərini demirəm. Lakin onlar günbəgün bu istiqamətdə yeni addımlar atırlar. İnsanların əksəriyyətinin sülh tərəfdarı olmasına baxmayaraq, bütün bunlar baş verir. Biz birinci və ikinci dünya müharibələrində iştirak etmək istəmirdik. Macarların üçüncü dəfə dünya müharibəsinə cəlb edilməsinə yol verməyəcəyik".
Hürr Tərcüman