Orban Kiyevə gedib
2024-07-02 11:10:11
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfər edib. Bu barədə TASS informasiya agentliyinin məlumat verib.
Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bildirib ki, Orban ilə Zelenski Ukraynada sülhə nail olunması imkanlarını müzakirə edəcəklər.
Xatırladaq ki, iyulun 1-dən etibarən Avropa İttifaqına sədrlik altı aylığa Macarıstana həvalə edilib.
Hürr Tərcüman