📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orban: “Soros Ukraynadakı müharibədə maraqlıdır”

2023-05-05 17:25:00

Orban: “Soros Ukraynadakı müharibədə maraqlıdır”

“Silah şirkətləri çiçəklənirlər”

“Məqsəd hər iki ölkəni talan eləməkdir”

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı müharibənin uzadılmasında silah istehsalçılarının, möhtəkirlərin, həmçinin, milyarder Corc Soros da daxil olmaqla, Qərb elitasının təmsilçilərinin maraqlı olduğunu söyləyib. Orban bu açıqlamanı Macarıstanın “Koşut” (“Kossuth”) radiosunun efirində verib.

Onun sözlərinə görə, hazırda silah istehsalçılıs olan şirkətlər çiçəklənmə dövrlərini keçirirlər – birja rəqəmləri də bunu göstərir. Həmçinin, möhtəkirlər və qaçaqmalçılar da uduşdadırlar.

Orban əlavə edib ki, Qərbin böyük iqtisadi dairələri, o cümlədən Corc Soros həmişə Ukraynanı öz nəzarətləri altına almağı və Rusiyanın təbii sərvətlərini ələ keçirməyi arzulayıblar.

Nazir onu da qeyd edib ki, 1990-cı illərdə ABŞ ilə onun müttəfiqlərinin Rusiya iqtisadiyyatına sərmayə qoymağı və bunun əsasında Rusiyanın təbii sərvətlərini ələ keçirməyi istədiklərini yaxşı xatırlayır. Orban Prezident Putinin hakimiyyətə gəlişi ilə buna sön qoyduğunu söyləyib.

Hürr Tərcüman