Orban: “Tramp prezident olsaydı, Ukraynada müharibə olmazdı”
2023-05-04 15:40:00
Hurriyyet.az “Qazeta.ru” portalına istinadla xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynada müharibənin dayandırılması üçün ABŞ-da Donald Trampın hakimiyyətə qayıtmalı olduğunu söyləyib.
Budapeştdə keçirilən Konservativ Siyasi Addımlar Konfransında çıxış edən Orban deyib: “Mən əminəm ki, bu gün cənab Tramp prezident olsaydı, Ukrayna ilə Avropada heç bir müharibə olmazdı. Qayıdın, cənab Prezident. Amerikanı yenidən ucaldın və bizə sülh gətirin!”
Hürr Tərcüman