Orban: "Tramp qayıtsa, sülh olacaq"
Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban M1 kanalına müsahibəsində ABŞ-ın eks-prezidenti Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə, Ukraynaya pul verməyəcəyini vəd elədiyini söyləyib. Orbanın sözlərinə görə, ABŞ olmadan Avropa münaqişəni maliyyələşdirə bilməyəcək və müharibə başa çatacaq.
Bəlli olduğu kimi, martın 8-də Donald Tramp özünün Mar-a-Laqodakı mülkündə Viktor Orbanı qəbul edib.
Orban görüşlə bağlı təəssüratlarını paylaşarkən deyib: "Ukraynanın öz ayaqları üzərində dura bilmədiyi aşkardır. Amerikalılar, onların da ardından avropalılar silah və pul verməsələr, müharibə başa çatar. Amerikalıların pulu olmasa, avropalılar özləri bu münaqişəni maliyyələşdirməyə qabil deyillər. Bu zaman müharibə başa çatacaq. Tramp indi prezident olmasa da, demokratlar müharibəyə pul göndərmək istəyəndə onun partiyası buna qarşı çıxır. Tramp deyib ki, əgər geri qayıtsa, bir qəpik də göndərməyəcək. O zaman da bu müharibə dayanacaq".
Orban Mar-a-Laqodakı görüşdən dərhal sonra verdiyi açıqlamada Trampın Ağ Evə qayıdışının bütün dünya üçün yaxşı olacağını deyib.
Orban sosial şəbəkədə yayılmış videomüraciətində deyib: "Çünki onun prezidentliyi dövründə Yaxın Şərqdə və Ukraynada münaqişə olmayıb. Prezident Tramp sülh prezidenti olub. O, dünyada hörmət qazanıb və sülh üçün şərait yaradıb. Onun prezidentiliyi dövründə həm Yaxın Şərqdə, həm də Ukraynada sülh olub. O, ABŞ prezidenti vəzifəsində qalsaydı, bu gün də müharibə olmazdı. Bizim fikrimizcə, sülh - sülh istəyən dünya liderləri meydana çıxan zaman olacaq. Mən Macarıstanın belə ölkələr sırasında olması ilə fəxr edirəm".
Hürr Tərcüman