Orban Trampla görüşdü
2024-07-12 10:15:17
Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın eks-prezidenti Donald Trampla görüşərək onunla birlikdə Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə edib. Baş nazir özünün X səhifəsində bu barədə məlumat verib.
Orban yazıb: "Bu gün Mar-a-Laqoda Prezident Donald Trampla görüşmək mənim üçün şərəfdir. Biz sülhə nail olunması yollarını müzakirə etdik".
Macarıstanın Baş naziri Trampın yenidən seçiləcəyi halda bu problemi həll edəcəyini və bunun "yaxşı xəbər" olduğunu qeyd edib.
Orban Trampla görüşünü "sülh missiyası" adlandırıb.
Hürr Tərcüman