📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orban Ukraynadakı müharibəni dayandıra biləcək şəxsin adını açıqladı

2024-01-30 15:56:52

Orban Ukraynadakı müharibəni dayandıra biləcək şəxsin adını açıqladı

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Fransanın "Le Point" nəşrinə müsahibəsində Ukraynadakı münaqişəni yalnız ABŞ-ın eks-prezidenti, hazırda yenidən namizədliyini irəli sürmüş Donald Trampın dayandıra biləcəyini söyləyib.


"Sülhün adı Donald Trampdır"

Orban deyib: "Mən şəxsən əminəm ki, 2022-ci ilin fevralında ABŞ Prezidentinin adı Donald Tramp olsaydı, Avropada daha müharibə olmazdı. Tramp müharibəni dayandırmaq üçün kifayət qədər güclü liderdir. Sülhün adı belədir - Donald Tramp".
Hürr Tərcüman