📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orban Ukraynanı şantaj edir – “Drujba”nın bağlanması düşmənçilik yaradıb

2026-02-19 18:47:55

Orban Ukraynanı şantaj edir – “Drujba”nın bağlanması düşmənçilik yaradıb

Macarıstan hökuməti Ukraynaya elektrik enerjisi və qaz tədarükünün dayandırılmasını nəzərdən keçirir.

“AzPolitika” xəbər verir ki, bu barədə Macarıstan Baş nazir Aparatının rəhbəri Qerqeli Qulyas keçirdiyi brifinqdə məlumat verib.

Qulyas qeyd edib ki, "Kiyev ”Drujba” kəməri ilə Macarıstana neft tranzitini dayandırmaq qərarını davam etdirərsə, Macarıstan hökuməti Ukraynaya elektrik enerjisi və təbii qaz tədarükünün dayandırılmasını nəzərdən keçirəcək".

Viktor Orbanın nümayəndəsi hesab edir ki, Ukraynanın Rusiyadan Macarıstana neft tranzitini belə uzun müddət dayandırması üçün heç bir əsası yoxdur, çünki onun sözlərinə görə, son aylarda “Drujba” boru kəmərinin özünə hücum edilməyib, yalnız kəmərin yaxınlığındakı anbara hücum edilib.

O, həmçinin "Ukraynanın düşmənçilik hərəkətlərinə" cavab olaraq Ukraynaya dizel yanacağı ixracının dayandırıldığını təsdiqləyib.

Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bəyan edib ki, Rusiyanın 27 yanvarda “Drujba” boru kəmərinə hücumu nəticəsində Macarıstana neft tranziti dayandırılıb. Bundan bir müddət sonra 18 fevralda Macarıstan və Slovakiya nümayəndələri Ukraynaya qarşı bir sıra sərt təhdidlər səsləndiriblər.

Slovakiyanın Baş naziri Robert Fitso da deyib ki, Kiyev Rusiyanın yanvar ayında zədələdiyi “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü bərpa etməsə, Ukraynaya elektrik enerjisi ixracını dayandıracaq.