📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orban Ukraynanın Avropa İttifaqına daxil olmasına imkan verməyəcəyini bəyan edib

2023-12-13 14:31:35

Orban Ukraynanın Avropa İttifaqına daxil olmasına imkan verməyəcəyini bəyan edib

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olmasına yol verməyəcəyini bildirib.

“Mandiner” portalının yazdığına görə, Macarıstanın Baş naziri Viktor Orban Aİ üzvü olan 27 ölkənin liderləri arasında tək qalsa belə, Avropa İttifaqına dəhşətli səhv buraxaraq, Ukraynanın birliyə üzv olması üçün danışıqlara başlamasına imkan verməyəcəyini deyib.

Baş nazir Viktor Orban ölkə ərazisində müharibə getdiyi üçün, geosiyasi və siyasi səbəblərdən Ukraynanın indi Avropa İttifaqına üzvlük barəsində danışıqlara başlamaq vəziyyətində olmadığını qeyd edib.

Hürr Tərcüman