📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orban vəzifədən azad etmişdi - Prezidentliyə namizəd oldu

2026-08-09 10:47:42

Orban vəzifədən azad etmişdi - Prezidentliyə namizəd oldu

Macarıstanın hakim “Tisza” Partiyası ölkə prezidentliyinə keçmiş Ali Məhkəmə sədri Andras Bakanı namizəd göstərib.

Hurriyyet.Media  xəbər verir ki, partiyanın parlament fraksiyası namizəd barədə qərarı gizli səsvermə ilə qəbul edib.

73 yaşlı Baka bu vəzifəyə üç namizədin arasından seçilib.

O, 2009- 2012-ci illərdə Macarıstan Ali Məhkəməsinə sədrlik edib.

Macarıstan parlamentində prezident seçkisinin avqustun 11-də keçirilməsi gözlənilir.