📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orbanın məğlubiyyəti Avropada sağ populizmi zəiflədir – MAGA ilə əlaqələr araşdırlacaq

2026-04-15 10:51:32

Orbanın məğlubiyyəti Avropada sağ populizmi zəiflədir – MAGA ilə əlaqələr araşdırlacaq

Macarıstanda keçirilən son parlament seçkilərində Baş nazir Viktor Orbánın məğlubiyyəti Avropada sağ populist qüvvələr üçün ciddi zərbə kimi qiymətləndirilir. 

"Reuters"in təhlilinə görə, bu nəticə təkcə bir liderin hakimiyyətdən getməsi deyil, həm də illərdir formalaşmış ideoloji modelin sarsılması deməkdir.

16 il hakimiyyətdə qalan Orban Avropada milli-populist siyasətin əsas simalarından biri hesab olunurdu. Onun hakimiyyəti dövründə sərt anti-immiqrasiya siyasəti, liberal dəyərlərə qarşı çıxışlar və vətəndaş cəmiyyətinə təzyiqlər geniş tənqidlərə səbəb olmuşdu.

Ekspertlər bildirir ki, Orbanın uzun müddət hakimiyyətdə qalması onu digər sağ partiyalar üçün nümunəyə çevirmişdi. Lakin son seçkilərdə onun məğlubiyyəti bu modelin davamlılığına ciddi suallar yaradıb.

Orbanın ABŞ-də Donald Trampın rəhbərlik etdiyi MAGA (“Make America Great Again”) hərəkatı ilə sıx əlaqələri əvvəllər üstünlük kimi qiymətləndirilsə də, indi bəzi sağ siyasətçilər tərəfindən riskli faktor kimi dəyərləndirilir.

Analitiklər hesab edir ki, Trampın xarici siyasətdəki sərt addımları – o cümlədən Qrenlandiya ilə bağlı iddialar və İranla gərginlik Avropada seçicilər arasında mənfi fon yaradıb və bu, dolayısı ilə Orbana da təsir edib.