📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orbanın sülh planı Aİ liderlərinin masasındadır

2024-07-15 13:28:16

Orbanın sülh planı Aİ liderlərinin masasındadır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Aİ ölkələrinin liderlərinə Ukraynadakı Ukraynadakı müharibəyə son qoymaqla bağlı təkliflərini göndərib.
Orban bu təklifləri 2-11 iyul tarixlərində Rusiya, ABŞ və Ukraynaya etdiyi sülhməramlı missiyalı səfərlərin yekunu əsasında hazırlayıb.
Macarıstanın Baş nazirinin siyasi müşaviti Balac Orban yerli mətbuata müsahibəsində macar planının hazırda bütün Avropanın hökumət başçılarının masasında olduğunu bildirərək deyib: "Baş nazir danışıqların birinci mərhələsinin, sülh missiyasının nəticələri və Macarıstanın təklifləri barəsində Avropa Şurasının liderlərinə yazılı məlumat göndərib. Avropa sülh tərəfdarıdırsa və silahlı münaqişənin nizamlanmasında, qan tökülməsinin qarşısının alınmasında həlledici səsə malik olmaq istəyirsə, öz siyasi kursunu dəyişdirməlidir".
O, Orbanın planının hazırda Aİ-nin bütün baş nazirlərinin masasında olduğunu qeyd edərək deyib: "Bu planda vəziyyətin real qiymətləndirilməsi, real hədəflər və müvafiq qrafik mövcuddur. Bizim yanaşmamız buna əsaslanıb".
Hürr Tərcüman