📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ordu polkovniki HƏBS EDİLDİ: Türkiyənin verdiyi PUA-ların sirrini RUSİYAYA SATIRMIŞ - FOTO - VİDEO

2021-11-12 13:30:00

Ordu polkovniki HƏBS EDİLDİ: Türkiyənin verdiyi PUA-ların sirrini RUSİYAYA SATIRMIŞ - FOTO - VİDEO

Türkiyənin Ukraynaya satdığı pilotsuz uçuş aparatları (PUA) ilə bağlı casusluq edən şəxs tutulub.

PUA-nın Ukrayna bazasındakı komandirinin texnologiya məlumatlarını ruslara satdığı iddia edilir.

Ukrayna Milli Kəşfiyyat Xidməti “Bayraktar TB-2”nin yerləşdiyi Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadasının komandiri polkovnik İlya Oleynikin ruslar üçün kəşfiyyat məlumatları topladığını üzə çıxarıb.

Ukrayna əks-kəşfiyyat idarəsi Oleyniki saxlayıb.

Ruslar üçün casusluq edən Oleynikin rus əsgərləri və Krımdakı şəxslərlə əlaqə saxladığı açıqlanıb.

Ukrayna qanunlarına görə, polkovnikin casusluq cinayəti sübuta yetirilərsə, güllələnmə ilə edam olunacaq.(“Qafqazinfo”)