Ordu Suriyadan Ukraynaya gedir, Əsəd məhv olur...
2022-03-17 12:58:00
Həm müasir hərbi texnika, təcrübəli pilotlar və xüsusi təyinatlıları cəlb edir, həm də “Vaqner”in Ukraynaya köçürüldüyünü görürük.
Hurriyyet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları (SETA) Vəqfinin xarici siyasət araşdırmaçısı Can Acun çıxış edib.
“Əsəd rejiminə və şiə silahlı birləşmələrə bağlı elementlərin Ukraynaya köçürülməsi hərbi balansa da təsir edəcək.
Rusiyanın Ukraynaya müdaxiləsinin Suriyadakı güc balansını tamamilə dəyişəcəyini düşünürəm. Əsəd rejimi Ukrayna müharibəsində ən çox uduzanlardan biridir”, - C.Acun bildirib.