📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ordubada qar yağdı

2026-10-21 12:32:37

Ordubada qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.net verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Ordubad, Lerikdə 4, Şahbuz, Gədəbəy, Qusarda 2, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı, Astarda 1 mm-dir.