📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orduda bığ və saqqal saxlamağa icazə verildi

2024-03-29 15:33:17

Orduda bığ və saqqal saxlamağa icazə verildi

Hurriyyet.az xəbər verir ki, Britaniya ordusunda xidmət edən əsgərlərə və zabitlərə bığ və saqqal saxlamaq icazəsi verilib. Lakin bığ və saqqal saxlayanlar onların səliqəsinə fikir verməlidirlər - bununla bağlı müntəzəm yoxlamalar aparılacaq.
BBC kanalına məlumat verən ordu təmsilçisi bəzi xüsusi hallarda, zəruri şəraitdə şəxsi heyətin təraş edilməsi göstərişi veriləcəyini bildirib.
Danimarka, Almaniya və Belçikada əsgərlərə bığ və saqqal saxlamağa icazə verilib.
Hürr Tərcüman