📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orduda xidmət edən əcnəbilər Rusiya vətəndaşlığı alacaq – Fərman

2024-01-04 14:30:03

Orduda xidmət edən əcnəbilər Rusiya vətəndaşlığı alacaq – Fərman

Rusiya Prezidenti Vladimir Putin “xüsusi hərbi əməliyyat” zamanı orduda və ya “hərbi birləşmələrdə” xidmət etmək üçün müqavilə bağlamış əcnəbilərə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.

Hurriyyet.az xəbər verir ki, fərman normativ hüquqi aktlar portalında dərc olunub.

Bildirilir ki, müqavilə ən azı bir il müddətinə bağlanmalıdır. Hərbi qulluqçuların özləri ilə yanaşı, onların ailə üzvləri - həyat yoldaşları, uşaqları və valideynləri də vətəndaşlıq ala bilərlər. Fərman dərc edildiyi gündən qüvvəyə minir.

yeniavaz.com